Praqa: “Rusiya ilə əməkdaşlıq mümkündür” | VİDEO

   Praqa: “Rusiya ilə əməkdaşlıq mümkündür”     | VİDEO
  08 İyul 2025    Oxunub:1033
Çexiya prezidenti Petr Pavel müəyyən şərtlər daxilində Ukraynada münaqişə bitdikdən sonra Avropa ilə Rusiya arasında əməkdaşlığın bərpasını mümkün sayır.
AzVision.az “BBC” telekorparasiyasının Ukrayna xidmətinə istinadən xəbər verir ki, Çexiya prezidenti “bizim reallıqda yaşadığımızı” və Rusiya ilə “sonsuz münaqişə”yə əsaslanan yanaşmanın böyük insan itkilərinə və Avropa iqtisadiyyatına ziyan vuracağını bildirib. Siyasətçi qeyd edib ki, bununla bağlı “nədənsə başlamaq lazımdır”.

Onun sözlərinə görə, ilk addım Rusiyanı danışıqlar masası arxasına oturtmaq, atəşkəs barədə razılığa gəlmək və sonra sülh razılaşması əldə etməkdir.

“Sülh razılaşması əldə olunandan sonra biz Ukraynanı yenidən qurmağa başlaya bilərik. Həmçinin, Moskvanın buna necə reaksiya verməsindən asılı olaraq, əvvəllər apardığımız əməkdaşlığı və biznesi müzakirə edərək, Rusiyanı Avropada təhlükəsizlik masasına qaytara da bilərik. Amma bunun üçün əsas ilkin şərt Ukraynada sülhdür”, - Petr Pavel vurğulayıb.

Petr Pavel: “Tramp təmkinli idi” | VİDEO
Xatırladaq ki, iyunun sonunda “Euractiv” portalı Çexiya prezidentinin və digər Aİ liderlərinin NATO-nun Haaqa sammitində ABŞ prezidentini Rusiyaya iqtisadi təzyiqin zəruriliyinə inandırmağa çalışdıqlarını yazmışdı.

İyulun 2-də isə Petr Pavel Çexiyanın hazırkı rəhbərliyinin bu ilin oktyabrına təyin edilmiş parlament seçkilərindən sonra Ukraynaya əlavə silah tədarükünə zəmanət verə bilməyəcəyini açıqlayıb.

Amma Çexiya prezidentinin mövqeyi ilə razılşamyan Almaniyanın Xarici İşlər naziri Yohan Vadeful Rusiyanın Ukraynaya vurduğu “zərərin əvəzini” ödəməli olacağını iddia edib. Onun fikrincə, Moskva demokratik azadlıqların fundamental prinsiplərini pozduğuna görə Avropa həmin dəyərləri həmişəkindən daha çox qorumalıdır.


Sahil İsgəndərov
AzVision.az


Teqlər:   Avropa   Rusiya   əməkdaşlıq  



Xəbər lenti